Dünya yaxşı insanlardan xali deyil.Onlar olmasa insanlıq çoxdan məhv olar.
Çətində və darda olana əl tutmaq , kömək etmək babaların əmanətidir. Bu gün də bunu yaşadanlar var. Həssas qruplarla işləyən “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi hər zaman belə insanlara güvənərək yola çıxdı. Dəfələrlə həssas qruplarla bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevaya müraciət etdik. Problemlər anındaca həllini tapdı.

Bizə dəstək olanların sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ,millət vəkili Adil Əliyev, Zahid Oruc ,Fazil Mustafa ,iş adamları Füzuli Məmmədov, Qartal firmasının prezidenti Şahin Məmmədov və adının çəkilməsini istəməyən bir çox insanlar var.

Düzdü cəmiyyətdə müəyyən adamlar var ağız büzürlər ki , biz vəsait xərcləmirik , bu işləri kimlərsə edir. Amma olsun , həmin insanlar cəhd edib , bir yaxşılıqda onlar etsinlər. Ciblərindən pul xərcləməsinlər,amma kiminsə məsələsini həll etsinlər. Bizə güvənirlər ki,məsələlər həllini tapır.

Bir neçə ay öncə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinə şəhid Şirzad Şükürovun oğlu Emil müraciət etdi. O dedi ki , kirayələrdə qalırlar. Atasının sığorta puluna ev tikib. Lakin təmir edib içinə yığışa bilmirlər. Qarşıdan isə qış gəlir. Mən də bu məsələni özümün sosial şəbəkədə olan səhifəmdə ictimailəşdirdim.
Məsələyə ilk reaksiya millət vəkili Fəzail Ağamalı , “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və 20 yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadədən gəldi. Bu günlər də Emil Şükürov xəbər verdi ki, təmir üçün artıq Fəzail müəllim müəyyən tikinti materialları göndərib.
“Əsgər Ailələrinə Dəstək”ictimai birliyi olaraq Səsimizə ilk səs verən millət vəkilimiz Fəzail müəllimə təşkilatımız adından dərin minnətdarlığımızı bildiririk.Ona cansağlığı arzulayırıq. Hər zaman Var olun!
Bir-birimizə əl uzadaq ki, dövlətimiz və vətənimiz daha da güclü olsun.
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı.