Əsas Səhifə Slide-az Maaş və pensiyalar artırılır – Təsdiqləndi

Maaş və pensiyalar artırılır – Təsdiqləndi

1 dəqiqə oxundu
0
0
34

Bu gün Milli Məclisin plenar iclasında “2017-ci il üzrə yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib. 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.

Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 manat təşkil edəcək.

Qeyd edək ki, cari ildə yaşayış minimumu 136 manat təşkil edib ki, o cümlədən əmək qabiliyyətli əhali üçün – 145 manat, təqaüdçülər üçün – 115 manat, uşaqlar üçün – 118 manat təşkil edib.

Büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdlırlması proqnozlaşdırılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…