Əsas Səhifə İqtisadiyyat Manat lirəyə qarşı 1,6% bahalaşıb

Manat lirəyə qarşı 1,6% bahalaşıb

1 dəqiqə oxundu
0
0
41

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 1-i ilə müqayisədə 0,12% artaraq 1,7339 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85% möhkəmlənərək 1,8516 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% bahalaşaraq 0,0272 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,61% zəifləyərək 0,4957 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1859 manatdır. Beləliklə, funt sterlinq 0,8%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,27% ucuzlaşaraq 0,6760 manat olub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin İqtisadiyyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…