Əsas Səhifə Hadisə Marketdə oğurluq hadisəsi baş verib

Marketdə oğurluq hadisəsi baş verib

2 dəqiqə oxundu
0
0
8

Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıb.

Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.

Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri həyata keçirib. Hazırda Nəsimi Polisi oğurluğu törədən şəxsləri axtarır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…