Əsas Səhifə Cəmiyyət Masallı rayonunda İcbari Tibbi Sığorta sistemi haqqında maarifləndirmə tədbiri keçiriləcək

Masallı rayonunda İcbari Tibbi Sığorta sistemi haqqında maarifləndirmə tədbiri keçiriləcək

2 dəqiqə oxundu
0
0
36

6 sentyabr tarixində Masallı rayonunda “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçiriləcək.

Sosialxəbər.az xəbər verir ki, tədbirin məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaqdır. Saat 11:00-da Masallı rayon Milli parkında başlayan səyyar maarifləndirmə zamanı işçi qruplar əhalini maraqlandıran suallara cavab verməklə yanaşı, onların İcbari tibbi sığorta sisteminə münasibətini də öyrənəcəkdir.
Tədbir 12:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində rayon əhalisi və tibb işçiləri, o cümlədən rayonun vəzifəli şəxslərinin iştirakı ilə ictimai müzakirə şəklində davam edəcəkdir.
Maraqlı şəxslər tədbirə dəvət olunurlar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…