Əsas Səhifə Hadisə Masallı rayonunda yaşayış evinə maskalı basqın olub

Masallı rayonunda yaşayış evinə maskalı basqın olub

2 dəqiqə oxundu
0
0
239

Masallı rayonunda yaşayış evinə maskalı basqın olub.

Sosialxəbər.az xəbər verir ki, rayonun İsi kəndində 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədovun evinə naməlum şəxslər girib.

Hadisə iyunun 29-da, gecə saat 3 radələrində baş verib. Evə daxil olan üç nəfər naməlum şəxs Fəxrəddin Əhədəova hədə-qorxu gəliblər, ondan pul tələb ediblər. Ev sahibi əvvəlcə onlara pul verməkdən imtina edib. Bu zaman həmin şəxslər ev sahibinə bıçaqla xəsarət yetiriblər, evdə olan 1500 manatı götürərək hadisə yerindən qaçıblar.

Ev sahibi baş verən hadisə ilə bağlı Masallı rayon polis şöbəsinə müraciət edib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Samuxda piknik edənlər cərimələndi

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydal…