Əsas Səhifə Slide-az Masallıda “Beynəlxalq Əlillər günü” qeyd edilib

Masallıda “Beynəlxalq Əlillər günü” qeyd edilib

12 dəqiqə oxundu
0
0
28
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü ilə bağlı ənənəvi tədbir həyata keçirilib. Sosialxəbər-ə verilən məlumata görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin nümayəndələri, əlaqədar təşkilatlar, əlillər və KİV nümayəndələri iştirak edib.
Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, BMT Baş Məclisinin 1992-ci ildə 3 dekabrın “Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında qəbul etdiyi bəyannamədən keçən illər ərzində Beynəlxalq Əlillər Günü adı alan bu tarix Azərbaycanın bütün regionlarında xüsusi qeyd olunur. Məramı dövləti və cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq olan bu günün əsl bayram kimi qeyd olunması Masallı rayonunda da artıq bir ənənəyə çevrilib. Çıxışının sonunda dövlətin əlil insanlarla bağlı siyasətinin Masallı rayonunda da uğurla həyata keçirilidiyini və icra hakimiyyətində əlillərin sosial-məişət problemlərinə son dərəcə diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Aybəniz Qafarova onların problemlərinin həllinin daim diqqətdə saxlandığını nəzərə çatdırdı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onlarınhəyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir. Masallı rayonunda da əlillərə qayğı həmişə diqqət mərkəzində olub. Onlar bu gün də bu dəstəyi hiss edir və bu qayğıyla əhatə olunblar. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Arzuman Hüseynov çıxında ənənəvi tədbirin vacibliyindən danışıb.
Qeyd edib ki, bu iş Masallı rayonunda daha yüksək səviyyədə həyata keçirilir. Onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövləti əlillərin də digər insanlar kimi vətəndaş hüquqlarına tam riayət edilməsinə və onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunmasına çalışır. Bununla belə, Azərbaycan rəhbərliyi hesab edir ki, əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, onlara cəmiyyət tərəfindən isti münasibət göstərilməli, doğmaları ilə bərabər yadlar da onlara qayğı, mərhəmət və diqqət göstərməlidirlər. Bu vətəndaşların insanlıq borcudur və hamı bu borcunu dərk etməlidir.
Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva bildirib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin əlillərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, qanunvericilik bazasında münasib dəyişiliklər edilməsini və sairə maraqlı fikirləri diqqətə çatdıraraq qeyd edib ki, bu, ümummilli lider Heydər Əliyevin sosial siyasətinin qətiyyətlə davam etdirildiyini göstərən faktlardan biridir. Ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olmasını bu gün həyata keçirilən sosial-iqtisadi islahatlardan və dövlət əhəmiyyətli proqramlardan da aydın görmək olar. Məhz bu islahatların nəticəsində əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyəti Masallı Rayon Şöbəsinin sədri Nahid Rəhimov və başqaları hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, bu sahədə görülən işlərdən bəhs edərək rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqət artırıldığını vurğulayıblar.
Çıxış edənlər bildiriblər ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli 3 yaşayış binası tikilərək istifadəyə verilib, 5 nəfər üçün fərdi evlər inşa olunub, 2 nəfər üçün isə növbəti ildə tikiləcək. 6 yaşayış məntəqəsində əlillər üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi tamamlanmaq üzrədir və ilin yekununda təhvil veriləcək. 70 Qarabağ əlili mənzil növbəsindədir. Bu günəcən 63 əlilə pulsuz avtomobil verilib. Əlillər İlahə Əlibəyli, Sücayət Cəbiyev, Səkinə Bağırova, Nurlan Quliyev, Kamilə Xəlilova və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən əlilliyi olan şəxslərin VII Beynəlxalq ümumrespublika baxış müsabiqəsində mükafatlanan Camaləddin Əliyev və Emin Şahbazovu təbrik etdilər. Bayram süfrəsi ətrafında Əlillər gününə həsr edilmiş tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışı ilə davam etdirilib və yamıda xoş ovqat yaradıb.
Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…