Əsas Səhifə Slide-az Mayda 190 manat necə veriləcək?

Mayda 190 manat necə veriləcək?

2 dəqiqə oxundu
0
0
338

“Prosesin gedişatına uyğun olaraq, mayın 10-dan sonra birdəfəlik ödəmələrin (190 manat) ikinci ayının ödənişlərinin həyata keçirilməsi gözlənilir”.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, birinci ayın ödənişlərini almış şəxslərin adına bank hesabı açılaraq 190 manatlıq məbləğ bank kartlarına köçürüləcək:

“Artıq nazirlik tərəfindən banklara həmin vətəndaşlar üçün hesabların açılmasına dair sifariş olunub. Bu, vətəndaşlardan ödəniş tələb olunmadan həyata keçiriləcək. Banklar vətəndaşlar üçün bank hesabları açıb kartı əldə etdikdən sonra hər bir vətəndaşa məlumat göndərəcək və onları müvafiq bank filialına dəvət edəcək. Vətəndaş bank kartını götürəcək və o karta ikinci ayın ödənişi ediləcək”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…