Əsas Səhifə İqtisadiyyat MB tam üzən məzənnəyə nə vaxt keçir?

MB tam üzən məzənnəyə nə vaxt keçir?

2 dəqiqə oxundu
0
0
664

Manatın tam üzən məzənnəyə keçməsi gec-tez olmalıdır. Bəlkə də pandemiya araya düşməsəydi, Mərkəzi Bank və Nazirlər Kabineti artıq müəyyən addımlar atmış olacaqdı. Amma birbaşa keçid olsa, bizim sahibkarlar, eləcə də əhali bir sıra problemlərlə üzləşə bilər.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, indiki vəziyyətdə tam üzən məzənnəyə keçid o qədər də asan məsələ deyil:

“Pandemiya qurtarandan sonra vəziyyətə baxarıq. Mənə elə gəlir ki, hələlik Mərkəzi Bank da, hökumət də manatın məzənnəsinin hazırkı səviyyədə saxlanılmasının üzərində dayanıb”.

Vahid Əhmədov müəyyən müddətdən sonra milli valyutanın ABŞ dolları qarşısında dəyər itirmə ehtimalından da danışıb:

“Əlbəttə, manatın taleyi bizi narahat edir. Çünki neftin qiyməti o qədər də yüksək deyil. Xüsusən də qeyri-neft sektorunda pandemiya ilə əlaqədar xeyli problemlər var. Cənab Prezident də qeyd etdi ki, yavaş-yavaş müəyyən istehsal sahələrində yumşalma gedəcək. Amma dolların manata nisbətdə dəyər qazanması da istisna deyil. Amma hökumət qabaqlayıcı addımlar atasa, bunun qarşısını ala bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Neft ucuzlaşdı

    Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…
  • Neft yeni həftəyə bu qiymətlə başladı

    Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Sosialxəbər.az xəbər verir ki, hazırda “Brent…
  • Dolların bu günə olan məzənnəsi

    Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. …
Daha çox yükləyin İqtisadiyyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…