Əsas Səhifə Dünya Metroda qadına təpik atan şəxs həbs edildi

Metroda qadına təpik atan şəxs həbs edildi

1 dəqiqə oxundu
0
0
31

 

Almaniyada qadına təpik vuraraq pilləkənlərdən yıxan şəxs saxlanılıb. Xarici KİV-lər xəbər verir ki, Berlin metrosunda baş verən və sosial şəbəkələrdə paylaşılaraq siyasi qalmaqala səbəb olan hadisənin günahkarı tapılıb.

Qadına qarşı əsassız yerə şiddət tətbiq edən şəxsin 27 yaşlı bolqar olduğu məlum olub.

Hadisə dekabrın 9-da baş verib. İçkili vəziyyətdə olan şəxs pilləkənləri düşən 26 yaşlı qadını təpiklə vuraraq yıxıb. Bir neçə metr məsafədən yıxılan qadının qolu sınıb və çox sayda zədələr alıb. Cinayətkar heç nə olmamış kimi dostları ilə birlikdə sakit şəkildə hadisə yerindən uzaqlaşıb. Cinayətkarın suriyalı miqrant olması barədə xəbər yayılması siyasi qalmaqala səbəb olmuşdu.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…