Əsas Səhifə Milli məclis Milli Məclis büdcə layihəsinin müzakirəsinə başladı

Milli Məclis büdcə layihəsinin müzakirəsinə başladı

2 dəqiqə oxundu
0
0
145

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri və neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı ölkə başçısı ölkənin sosial-iqtisadi durumuna yenidən baxılması ilə bağlı tapşırıq verib. Bununla bağlı Milli Məclisə dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi daxil olub.

Sosialxəbər.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi haqqında məlumat verərkən deyib.

Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. T.Mirkişili bildirib ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmub: “İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…