Əsas Səhifə Cəmiyyət “Milli mənəvi dəyərlərimiz uğrunda” adlı koalisiyanın ilk iclası keçirildi

“Milli mənəvi dəyərlərimiz uğrunda” adlı koalisiyanın ilk iclası keçirildi

3 dəqiqə oxundu
0
0
25

Sosialxəbər.az xəbər verir ki, ötən gün “Dünya Ana və Uşaqlar” ictimai birliyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyi birgə “Milli Mənəvi Dəyərlərimiz Uğurunda” adlı koalisiya yaratdıqlarını bəyan etdilər.

Koalisiyanin yaradılmasında əsas məqsəd cəmiyyətdə mövcud olan milli-mənəvi dəyərlər baxımından yaranmış problemləri ictimailəşdirərək müvafiq qurumlara çatdırmaq və onların aradan qaldırılmasında dövlətə dəstək olmaqdır.

Tədbiri giriş sözü ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq, koalisiyanın yaradılmasının əsas məqsədi haqqında iştirak edənlərə geniş məlumat verdi. Daha sonra “Dünya Ana və Uşaqlar” ictimai birliyinin sədri Dünya Əliyeva da bu koalisiyanın gələcəkdə görəcək işləri barədə hər kəsi məlumatlandırdı.

Qeyd edək ki, hər iki təşkilat rəhbəri artıq uzun illərdir ki, milli-mənəvi dəyərlərin təbliği istiqamətində Respublikanın bir çox yerlərində tədbirlər həyata keçirmiş və cəmiyyətimizin maariflənməsi üçün xeyli işlər görmüşdür.

Koalisiyaya bir çox ziyalılar, müxtəlif ixtisaslı mütəxəssislər-ekspertlər və ictimai fəal gənclər qoşulmuşdur.
Koalisiyanın ilk iclası müzakirə əsasında davam etdi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Erməni səfir qəribə məktub ünvanlamışdı… – İlham Əliyev

Mən dəfələrlə demişəm ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kəna…