Əsas Səhifə Milli Qəhrəmanlar Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

2 dəqiqə oxundu
0
0
90

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh Əsgər Əliyevin anadan olduğu gündür.
Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə orta təhsil alıb. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralanıb, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoyub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ləj kənd qəbristanlığında dəfn edilib.

Lənkəran rayonunda adına park var. Büstü qoyulub, xatirə lövhəsi vurulub. Haftoni qəsəbə orta məktəbində ”Xatirə guşəsi” yaradılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Bunu da oxu

“Qəhrəmanları tanıyaq və tanıdaq!”

Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardı…