Əsas Səhifə Milli Qəhrəmanlar Milli Qəhrəman Atakişiyev İntiqam Vahid oğlu

Milli Qəhrəman Atakişiyev İntiqam Vahid oğlu

4 dəqiqə oxundu
0
0
83

Atakişiyev İntiqam Vahid oğlu 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində kolxozçu ailəsində anadan olub. 1991-ci ildə Tüntül kənd orta məktəbini bitirib. 1992-ci ildə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Ordu sıralarında nümunəvi əsgər kimi xidmət edir. Yüksək əsgəri keyfıyyətlərini nəzərə alıb, onu Türkiyəyə hərbi zabitlər kursuna göndərirlər.

O, orduya çağırıldığı ilk günlərdən ön cəbhədə olmuşdur. Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən ağır döyüşlərdə Öz şücaətini nümayiş etdirmişdir.

İntiqam Murovdağ döyüşlərinin birində yaralanır. Mingəçevirdə yerləşən hərbi hospitalda iki ay müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdır.

Öz xidməti borcunu layiqincə yerinə yetirən cəsur döyüşçü 1995-ci ilin martında dövlətçiliyimiz əleyhinə yönəldilmiş qəsdin aradan qaldırılmasında fəal iştirak etmiş, igidlik nümunəsi göstərmişdir. İntiqam Atakişiyev 776 saylı hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində çalışmış, kapitan rütbəsinəcən yüksəlmişdir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kapitan İ.Atakişiyev 776 saylı hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində çalışmışdır.

 İntiqam gözəl ailə başçısıdır, iki övladı var.

O, xeyirxah bir insan, öz vətəndaşlıq mövqeyilə seçilən bir hərbçi kimi tanınır. İntiqam Atakişiyev təhsil aldığı məktəbin önündə, Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş və bunun üçün öz maddi və mənəvi köməyini əsirgəməmişdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəbhədə son durum

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində…