Əsas Səhifə Milli Qəhrəmanlar Milli qəhrəman Elton İsgəndərov

Milli qəhrəman Elton İsgəndərov

2 dəqiqə oxundu
0
0
87

Elton Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Elton İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib.

2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.

Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Elton Xaləddin oğlu İsgəndərov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Bunu da oxu

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimi…