Əsas Səhifə Cəmiyyət Mirvari Qəhrəmanlı müxalifəti ifşa etdi: “MHŞT-dan onlara görə çıxdıq…”

Mirvari Qəhrəmanlı müxalifəti ifşa etdi: “MHŞT-dan onlara görə çıxdıq…”

7 dəqiqə oxundu
0
0
58

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının Koordinasiya Şurasına müxalif siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslərin seçilməsi yol verilməz idi. Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki üzvlüyünü dayandırması məhz bu şəxslərin fəaliyyətinin nəticəsidir”. Bunu AzVision.az-a İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının üzvü Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, bir illik fəaliyyəti ərzində Koordinasiya Şurasına daxil olan müxaliflər siyas ambisiyalarını irəli sürüblər.

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasına müxalif siyasi partiyaların yaratdığı qeyri-hökumət təşkilatlarının daxil olması normal hal olsa da, Koordinasiya Şurasına siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslərin seçilməsi yolverilməzdir. Ötən il Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının Koordinasiya Şurası seçildi. Biz sonradan bildik ki, necə bir seçim olub. Yəni, bu peşəyə aidiyyatı olmayan adamlar koalisiyaya daxil oldular. Onlar bir il ərzində Koalisiyanı siyasətə sürüklədilər. İl ərzində iki bəyanat verildi. Birincisi, iki “siyasi məhbus”un azad edilməsi ilə bağlı idi. Axı, bu şəxslər Koalisiyadakı fəaliyyətlərinə görə həbs olunmayıblar. Koalisiya bu məsələyə qarışmamalı idi. İkinci isə Nərimanov adına NGÇ-də baş vermiş qəza ilə bağlı bəyanatdır. Bu bəyanat sırf savadsız idi. Bu onu göstərdi ki, Koalisiya bir neçə nəfərin təsiri altında olan siyasi quruma çevrildi. Halbuki, əvvəlki Koalisiya heç bir siyasi məqsədi olmayan qeyri-hökumət təşkilatlarından təşkil olunmuşdu. Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə fəaliyyətini dayandırması bu sahə üzrə mütəxəssis olmayan, müxalif siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslərin Koordinasiya Şurasına daxil olmasının nəticəsidir.

Bu insanlar anlamırlar ki, dövlət və hakimiyyət eyni deyil, ayrı-ayrı anlayışlardır. Hakimiyyətdən narazı ola bilərsən, amma dövlətdən yox. Azərbaycan bu qurumda qalsaydı, hökumətlə danışqlara gedərək başqa işlər görə bilərdik. Ancaq, həmin quruplar çalışdı ki, Azərbaycan oradan uzaqlaşsın. Buna da nail oldular”.

M.Qəhrəmanlı deyib ki, MHŞT-dan çıxmaqla Azərbaycan ictimaiyyəti şirkətlərin hesabatlarından məhrum olacaq: “Doğrudur, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bildirib ki, prosesləri olduğu kimi davam etdirəcəklər. Azərbaycan göstərə bilər ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq Koalisiyadan çıxsa da işini davam etdirir. Azərbaycan bunu etsə, dünyaya nümunə olacaq.

Bəziləri elə düşünür ki, Azərbaycanın təşəbbüsdən uzaqlaşdırılması yaxşı haldır. Yəni, Azərbaycana kreditlər verilməyəcək, ölkə iqtisadi cəhətdən çökəcək və hökumət vətəndaş cəmiyyəti ilə danışıqlara gedəcək. Absurddur. Düşünürdülər ki, iqtisadi cəhətdən ölkə çökdükdən sonra hansısa qurup hakimiyyətə gələcək. Bundan boş xülyalardan ibarətdir. Azərbaycanda iri neft layihələri həyata keçirilir. Tutaq ki, Azərbaycana kredit verilmədi və layihələr yerinə yetirilmədi, insanlar işdən çıxarıldı. Unudurlar ki, artıq Azərbaycan həyata keçirdiyi layihələrə kreditlər alıb. Bütün layihələr reallaşdırılır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…