Əsas Səhifə Milli məclis MM-də müzakirə

MM-də müzakirə

4 dəqiqə oxundu
0
0
150

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri, bəzi ticarət obyektlərinin, açıq havada fəaliyyət göstərən kafe və restoranların açılması təklifləri ilə çıxış edib.

Sosialxəbər.az xəbər verir ki, Q.Paşayeva dünyanın ağır bir pandemiya dönəmindən keçdiyini xatırladıb və ölkəmizdə çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirilən proqramlardan bəhs edib.

Deputat bildirib ki, bəzi məsələlərə böyük diqqət yetirmək lazımdır:

“Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını təkbaşına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdən və çətin vəziyyətdə olan ailələrə dəstək göstərilsin”.

Deputatın sözlərinə görə, mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur:

“Mebel, qızıl və geyim dükanlarından başlayaraq, mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski yüksək olmayan, açıq havada yerləşən restoranların, kafelərin karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar”.

Çıxışı bu videodan izləyə bilərsiniz:

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…