Əsas Səhifə Dünya Moskva və Ankara İdlib bölgəsində gərginliyin daha da dərinləşməməsi üçün səy göstərəcək

Moskva və Ankara İdlib bölgəsində gərginliyin daha da dərinləşməməsi üçün səy göstərəcək

2 dəqiqə oxundu
0
0
51

Moskva və Ankara İdlib bölgəsində gərginliyin daha da dərinləşməməsi üçün səy göstərəcək.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yelena Suponina deyib.

“Son hadisələr dönüş nöqtəsinə qədər gəlib çıxıb. Gərginlik artır, lakin bu gərginliyin azaldılması yönündə səylər göstərildiyinə dair məlumatlar da var. İran indi müəyyən razılaşmanın əldə olunması üçün cəhdlər edir. Hətta gündəmdə Rusiya, Türkiyə və İranın iştirakı ilə üçtərəfli sammitin keçirilməsi məsələsi də var. Lakin bu barədə danışmaq olduqca tezdir. Çünki belə görüşün baş tutması üçün lazımi hazırlıqlar görülməlidir”, – ekspert bildirib.

Suponina əlavə edib ki, Rusiya və Türkiyə arasında hər sahədə, xüsusən iqtisadi sferada əldə edilmiş güclü əməkdaşlığa baxmayaraq, baş verən son proseslər hər iki tərəf üçün həyəcan siqnalıdır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Rusiyada koronavirusla bağlı vəziyyət 2-3 ay ərzində normallaşacaq

Rusiyada koronavirusla bağlı vəziyyət 2-3 ay ərzində normallaşacaq. Sosialxəbər.az xəbər v…