Əsas Səhifə Qarabağ Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

3 dəqiqə oxundu
0
0
509

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Sosialxəbər.az bildirir ki, Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…