Əsas Səhifə Cəmiyyət Müsavat Partiyasının başqanı saxlanılıb

Müsavat Partiyasının başqanı saxlanılıb

2 dəqiqə oxundu
0
0
21

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Sosialxəbər.az xəbər verir ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Arif Hacılı ilə bərabər Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəyli və partiyanın digər üzvləri də saxlanılıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

BSU-nun kafedra müdiri koronadan öldü

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova kor…