Əsas Səhifə Hadisə Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib

1 dəqiqə oxundu
0
0
21

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, qəza Akademik Həsən Əliyev və Əliyar Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

“Kia” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq əvvəlcə “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra həmin avtomobil “Kia Sportage” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

BSU-nun kafedra müdiri koronadan öldü

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova kor…