Əsas Səhifə Hadisə Nərminin qatili olduğu deyilən şəxs danışdı

Nərminin qatili olduğu deyilən şəxs danışdı

3 dəqiqə oxundu
0
0
72

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.

Mərhumun dayısı da saytımıza açıqlamasında yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

***

Mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu – 36 yaşlı İlkin adlı şəxs olması barədə məlumat yayılıb.

Mərhumun ailəsindən saytımıza verilən məlumata görə, onun qohumu olan və yaxınlıqda yaşayan İlkin adlı şəxs Nərminin anasının bibisi oğludur.

Həmin şəxs Axar.az-a açıqlamasında bunları deyib:

“Nərminin İlkin adlı yeganə qohumu mənəm və 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…