Əsas Səhifə Dünya NATO “Rusiya tərəfindən gələn nüvə təhlükəsi”nə görə son on il ərzində

NATO “Rusiya tərəfindən gələn nüvə təhlükəsi”nə görə son on il ərzində

2 dəqiqə oxundu
0
0
3

NATO “Rusiya tərəfindən gələn nüvə təhlükəsi”nə görə son on il ərzində ilk dəfə olaraq yeni hərbi strategiya tətbiq edəcək.

Sosialxəbər.az-ın məlumatına görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Bu həftə bizim hərbi ekspertlərimiz alyans üçün yeni hərbi strategiya (tətbiq edilməsi – red.) haqqında qərar veriblər”, – NATO-nun baş katibi bildirib.

Onun sözlərinə əsasən, belə bir addıma səbəb “qərb ölkələrinə Rusiya tərəfindən gələn nüvə təhlükəsi”dir.

“Məsələ ondadır ki, gələcəkdə müdafiəyə tamamilə hazır olmaq və stabilliyi təmin etmək lazımdır. Bu da yeni hərbi konsepsiyaların hazırlanmasını tələb edir”, – Stoltenberq bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

“SƏLİS Könüllülər” Birliyi təsis olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” e…