Əsas Səhifə Mədəniyyət Nazir açıqladı: Tağıyevə heykəl qoyulması üçün…

Nazir açıqladı: Tağıyevə heykəl qoyulması üçün…

3 dəqiqə oxundu
0
0
5

Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması üçün müsabiqə elan ediləcək.

Mədəniyyət Nazirliyindən Sosialxəbər.az-a verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını bildirib: “Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır”.

Ə.Qarayevin sözlərinə görə, abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək: “Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Mədəniyyət

Bir cavab yazın

Bunu da oxu

Hər uşağa 200 manat verilsin – Video

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputatlğı dövründə bir sıra önəmli təklif cə …