Əsas Səhifə Nazirlər Kabineti Nazir Dilqəm və Şahbazla bağlı məsələ qaldırdı

Nazir Dilqəm və Şahbazla bağlı məsələ qaldırdı

4 dəqiqə oxundu
0
0
72

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Sosialxəbər.az bildirir ki, XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer C.Bayramova təqdim edilib.

C.Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir həmçinin BQXK-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir BQXK-nin bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nin bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində BQXK nümayəndələri öz mandatları çərçivəsində Şahbaz Quliyev və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Nazirlər Kabineti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Müharibə Realliqları Və Şəbəkədə Ünsiyyət Mədəniyyəti-Ruhiyyə Məmmədova

Yeni texnologiyaların təşəkkül tapdığı müasir dövrdə dövlətlər arasında hərbi münaqişələri…