Əsas Səhifə Dünya Netanyahudan İrana MESAJ

Netanyahudan İrana MESAJ

1 dəqiqə oxundu
0
0
31

Qazaxıstanda rəsmi səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahunun prezident Nursultan Nazarbayev vasitəsilə İrana mesaj göndərdiyi irəli sürülüb.
İsrail dövlət radiosunun xəbərinə görə, Netanyahu dünənki görüşündə Nazarbayevdən, yaxında Qazaxıstanı ziyarət etməsi gözlənilən İran prezidenti Həsən Ruhaniyə “Əgər İran İsrailə qarşı mövqeyini dəyişərsə, İsrail də İrana qarşı davranışını dəyişdirir”, mesajını çatdırmağı istəyib.
Xəbərdə qeyd edilir ki, Netanyahunun İran prezidenti Ruhaniyə çatdırmasını istədiyi mesajda bunlar nəzərdə tutulur: “İran İsrail dövlətini dağıtmaq təhdidinə davam edir? İsrail kiçik və çarəsiz bir ölkə deyil ki? İran İsraillə məşğul olmasa daha yaxşı olar, çünki bu şəkildə özünü böyük riskə atır. Əgər İran İsrailə qarşı mövqeyini dəyişərsə, İsrail də İrana qarşı davranışını dəyişdirir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…