Əsas Səhifə Başliqlar Niyə türmədə yaxşı şərait qurursunuz?

Niyə türmədə yaxşı şərait qurursunuz?

9 dəqiqə oxundu
0
0
149

Biz cəzaları hədsiz dərəcədə humanistləşdiririk. Cinayətkarlar da bundan istifadə edirlər. Xüsusi amansızlıqla törədilən qətllər, ən ağır soyğunçuluq, təcavüz hallarına görə ölüm cəzası mütləq tətbiq olunmalıdır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında hüquqşünas, kriminalist Şəmsəddin Əliyev deyib. Hüquqşünas Konstitusiyaya əsasən şəxslərin yaşamaq hüququndan hansı hallarda məhrum edilməsindən də danışıb:

“Konstitusiyamızın 27-ci maddəsində “yaşamaq hüququ” deyilən maddə var. Burada da göstərilir ki, dövlətin konstitusion quruluşu əleyhinə fəaliyyət, dövlət çevrilişinə cəhd, vətəndaşların həyat və sağlamlıqları üçün xüsusi amansızlıqla qəsd törədilibsə, həmin şəxslər yaşamaq hüququndan məhrum edilir. Deməli, qəsdən törədilən cinayətlərin 99 faizi xüsusi ağır cinayətlər sayılır. Ölüm cəzasının əleyhinə olanlara demək istəyirəm ki, onların ana-bacıları zorlama, qarət, xüsusi amansızlıqla qətlə məruz qalarsa, sən ona hansı cəzanı istəyərdin?! Ölüm hökmü cəmiyyətdə davamlı sabitliyin qorunub saxlanması üçün bir preparatdır, həbdir. Ölüm hökmünü yenidən tətbiq etmək lazımdır. Bu olmasa, xüsusi amansızlıqla törədilən cinayətlərin qarşısını ala bilməyəcəyik”.

Hüquqşünas deyib ki, qatı cinayətkarlara həbsxanalarda yaxşı şərait yaradılmasının əleyhinədir:

“Tam səmimi etiraf edim ki, Pentensiar Xidmət müasirləşəndən sonra məhkumların saxlanma şəraiti sahmana salınıb. Onların təhlükəsizliyi təmin edilir. Eləcə də azadlıqda olan qohumları ilə təmas saxlanılır. Bu, humanizm prinsiplərinin tələblərinin qorunması baxımından kifayət qədər yaxşı haldır. Sovet dövründə bunlar yox idi. Amma mən bir hüquqşünas olaraq cinayət törədənlərin vəziyyətinin bu qədər yaxşılaşdırılmasının qəti əleyhinəyəm. Təbii ki, humanizm prinsipləri cinayətkarlara da şamil olunmalıdır. O kəslərə ki, ehtiyatsızlıqdan cinayət törədiblər. Amma qatı cinayətkarların qurbanları var. Həmin qurbanlar azadlıqda nə çəkirlərsə, onlar da məhbəsdə onu çəkməlidir”.

Şəmsəddin Əliyevin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin və ya Avropa İnsan Hüquqları Komitəsinin nümayəndələri Azərbaycana gələndə qatillərin qurbanları ilə maraqlanmır:

“Amma cəzaçəkmə müəssisələrinə gedərək cinayətkarların vəziyyəti ilə tanış olurlar. Onlara qəzetlərin verilib-verilməməsi, televizorlarının olub-olmaması, eləcə də yemək və yaşayış şəraitləri ilə maraqlanırlar. Amma həmin komitə nümayəndələrinin şüuru qapanıb, birtərəfli işləyir. Hazırladıqları hesabatlarda ancaq məhbuslarla bağlı fikirlərə yer verirlər, onların qurbanları ilə bağlı heç nə demirlər. Söhbət qatı cinayətkarlardan, şüurlu şəkildə cinayət planı qurub onu gerçəkləşdirən, eləcə də onun sonunu arzulayan şəxslərdən gedir. Ehtiyatsızlıqdan cinayət törədənləri nəzərdə tutmuram”.

Ekspertin sözlərinə görə, qatı cinayətkarların saxlanma şəraiti ilə maraqlanıb, onların qurbanlarına diqqət ayırmamağımız heç bir halda humanizm prinsiplərinə uyğun gəlmir:

“Cinayət qurbanlarının iztirablarının ovudulması, sosial ədalətin nə dərəcədə bərpa olunması ilə bağlı heç bir iş görülmür. Onlara baş çəkilmir. Qatı cinayətkara verilən cəza qurbanların iradəsinə, maraqlarına uyğundurmu – deyə soruşulmur. Cəzanın tətbiqində əsas məsələ sosial ədalətin bərpasıdır. Əgər bərpa olunmursa, deməli, bu cəza dövlətin adından havayı yerə sovrulub. Qarşı tərəf razı qalmalıdır ki, dövlət öz vətəndaşının qisasını qarşı tərəfdən ala bildi. Nə qədər cinayətkar əfv edilib. Amma bunların müəyyən bir qismi bir-iki aydan sonra cinayət törədərək həbsxanalara geri qayıdıb. Bu cür insanlara sərt cəzalar verilməlidir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Bu, Ermənistan üçün utancdır

Dağlıq Qarabağ münaqişəsində son gərginlik dünya erməni icması və Ermənistanın özü üçün ut…