Nizami rayonunda marketdə tüstülənmə olub.

Sosialxəbər.az xəbər verir ki, hadisə Elşən Süleymanov 122 ünvanında yerləşən “Bazar Store” mağazasında baş verib.

Elektrik naqillərində yaranan qısa qapanma nəticəsində marketdə tüstülənmə baş verib.

Əraziyə FHN-in Nizami Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Ehtiyat tədbirləri görülüb və qısaqapanmanın yanğına çevrilməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.