“Nokia” şirkəti qatlanıb açılan “Nokia 2720 Flip” modelini buraxılışını elan edib.

Sosialxəbər.az xəbər verir ki, telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib.

“Nokia 2720 Flip” 2,8 düym ekranına malikdir, “WhatsApp” və “Facebook” da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona “Google”dən səs assistenti müəyyən edilib.

Yeni modelin satışına bu ay başlanılacaq, onun qiyməti 89 avro (167 manat) təşkil edəcək.