Əsas Səhifə Qarabağ O, yalan deyir: Bakının dronları Xankəndidə idi

O, yalan deyir: Bakının dronları Xankəndidə idi

2 dəqiqə oxundu
0
0
353

Aprel müharibəsi zamanı Azərbaycan dronları nəinki Xankəndiyə çatdı, həm də erməni bölmələri üzərindən uçurdu.

 Sosialxəbər.az  Qalatv.am-a istinadən xəbər verir ki, bunu qondarma rejimin “milli dirçəliş partiyası”nın sədr müavini Tiqran Qriqoryan Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarə “mərkəzi hərbi dairə”dəki erməni hərbi hissəsinin üzərində ən azı 15 dəqiqə dövr edib:

“PUA-ya görə hərbi hissədəki işıqlar sönmüşdü. Bunu içəri baxaraq gördük. Həmin gün ərazidə olan yüzlərlə insan bu həqiqəti təsdiqləyə bilər. Mən fırıldaqçıların sözlərini başa düşmürəm. Bircə onun (Serj Sərkisyan – red.) 5 aprelə kimi olan dövrü nəzərdə tutduğunu deməyin”.

Qeyd edək ki, Sərkisyan guya Rusiyanın verdiyi “İsgəndər”lərə görə Azərbaycanın Aprel müharibəsini davam etdirmədiyini iddia edib. Bu fikri isə erməni ekspertləri özləri təkzib ediblər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…