Əsas Səhifə Hadisə Ölən əcnəbi tələbələrlə bağlı açıqlama

Ölən əcnəbi tələbələrlə bağlı açıqlama

5 dəqiqə oxundu
0
0
87

Qərbi Kaspi Universiteti ötən gecə Bakının Səbail rayonunda baş verən yanğın hadisəsi zamanı ölən Şri-Lanka vətəndaşları olan tələbələrlə bağlı açıqlama yayıb.

Sosialxəbər.az bildirir ki, Universitetdən Axar.az-a verilən məlumata görə, ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri-Lanka vətəndaşından ikisi – Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.

“Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilib. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilib.

Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul ediliblər.

Əcnəbi dinləyicilər Azərbaycana gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşayıblar.

Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”,- ali məktəbdən bildirilib.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

BSU-nun kafedra müdiri koronadan öldü

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova kor…