Ölkədəki müharibələr səbəbindən əmək qabiliyyətli əhalinin 60 faizi işsizdir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Yəmənin Əmək və Sosial İşlər naziri İbtihac əl-Kamal deyib.

O bildirib ki, husilərin başlatdığı savaş səbəbindən 5 milyondan çox insan işsiz vəziyyətə düşüb.

Nazir bildirib ki, daxili qarşıdurmalar səbəbindən yerli və xarici şirkətlərin fəaliyyəti dayanıb və bu səbəbdən işsizlər ordusu yaranıb:

“İşsizliyin aradan qaldırılması üçün səy göstəririk. Özəl sektor da hökumətə bu sahədə dəstək olmalıdır”.