Əsas Səhifə Sağlamlıq Ölkəmizə tibbi maska istehsal edən avadanlıqlar gətirildi

Ölkəmizə tibbi maska istehsal edən avadanlıqlar gətirildi

2 dəqiqə oxundu
0
0
144

Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib.

Sosialxəbər.az xəbər verir ki, sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.

Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərində əldə etmək mümkündür.

Təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…