Əsas Səhifə Cəmiyyət Ölkəmiz də belə konstitusiya hazırlamalıdır

Ölkəmiz də belə konstitusiya hazırlamalıdır

3 dəqiqə oxundu
0
0
209

Ukraynada uşaqlar üçün ölkə konstitusiyasının sadə formasının nəşr olunması maraqlı təşəbbüsdür. Hesab edirəm ki, Azərbaycanda da uşaqlar üçün konstitusiyamızın sadələşdirilmiş forması hazırlanmalı və ibtidai siniflər üçün dərslik formasında çap olunmalıdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov Ukraynada uşaqlar üçün hazırlanan sadələşdirilmiş konstitusiya praktikasının Azərbaycanda tətbiq edilməsi haqda danışarkən deyib. O bildirib ki, hüquqşünaslar dilçilərlə birlikdə bu istiqamətdə layihə işləyə bilər:

“Düzdür, hazırda yuxarı siniflər üçün “Konstitusiya hüququnun əsasları” adlı dərslik var. Lakin ibtidai siniflər üçün də sadələşdirilmiş formada bunun keçirilməsi zəruridir. Bunun üzərində hüquqşünaslarla birlikdə dilçi alimlər işləməlidir. Uşaq düşüncəsinə uyğun ifadələr kitaba daxil edilməlidir ki, azyaşlılar hüquqlarını başa düşə bilsinlər. Hesab edirəm ki, sadələşdirilmiş konstitusiya uşaqlarımızın hüquq düşüncəsinin düzgün formalaşması və insan hüquqlarına hörmət olunması üçün çox gərəklidir”.

Qeyd edək ki, Ukraynada “Osnovı” nəşriyyatı uşaqlar üçün ölkə konstitusiyasının sadə formasını hazırlayıb. Konstitusiya uşaqların erkən yaşlarından öz vətəndaş hüquqlarını bilmələri üçün nəzərdə tutulub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …