Əsas Səhifə Dünya Ordu hazırdır: Moskva Ankaraya nümayəndə göndərdi

Ordu hazırdır: Moskva Ankaraya nümayəndə göndərdi

5 dəqiqə oxundu
0
0
534

Bu gün Türkiyə və Rusiya arasında baş verən siyasi proseslərə təkcə Liviya, Suriya, İraq kontekstindən baxmaq doğru deyil.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə gəlməsi və türkiyəli həmkarı Sədat Önalla görüşərək, Liviya məsələsini müzakirə etməsi haqda danışarkən deyib. O bildirib ki, Türkiyə və Rusiya müntəzəm olaraq Liviyada baş verən proseslərlə bağlı görüşlər keçirir:

“Çünki rəsmi Moskva Haftara dəstək verən əsas qüvvələrin başında gəlir. Son 3-4 ayın dinamikasına baxdıqda Türkiyə və Rusiya münasibətlərinin Liviyada gərginləşdiyinin şahidi oluruq. Təbii ki, burada xarici faktorların da payı az deyil. Bu gün bu iki dövlətin Yaxın Şərq siyasətində atdıqları addımların boşa çıxmasında maraqlı olan qüvvələr çoxdur. Biz bunun Suriyada, Liviyada, İraqda, hətta Qafqazda belə şahidi olmuşuq. Lakin bununla belə, tərəflər münaqişədən çox qarşılıqlı uzlaşmaya daha maraqlıdır. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə gəlməsi də bir daha bunu sübut edir”.

Ekspertin sözlərinə görə, Liviyanın legitim hökumətinə bağlı qüvvələr Sirt və Cufranın qiyamçı Haftar ordusundan azad edilməsi üçün hazırlıqları başa çatdırıblar:

“Sərrac hökumətinə bağlı qüvvələr hazırlıqların bitdiyini elan edib. Yəni tərəflər arasında yenidən gərgin döyüşlər başlaya bilər. Lakin bununla belə, bütün bu siyasi proseslərin Rusiya və Türkiyə təmsilçiləri arasındakı görüşdən asılı olacağını düşünürəm. Ümumiyyətlə, Sirt bölgəsi strateji olaraq çox önəmli bir mövqeyə malikdir. Bu bölgə Liviyanın həm mərkəzinə, həm də sahil xəttinə nəzarət imkanı yaradır. Buna görə də bu bölgə müharibənin gedişində kilid nöqtə hesab edilir. Yəni bu ərazini əlində tutan tərəf Liviyanın böyük bir qisminə nəzarət edir. Hökumət qüvvələrinin bu ərazini ələ keçirməsi Haftarın məğlubiyyətinin elanı ola bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…