Əsas Səhifə Cəmiyyət Ordumuz raketləri işə saldı

Ordumuz raketləri işə saldı

2 dəqiqə oxundu
0
0
25

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilən bir neçə “S-125” zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…