Əsas Səhifə Sərəncamlar Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevrilir

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevrilir

3 dəqiqə oxundu
0
0
23

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Qərara görə, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Həmçinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

“BUTA” aztəminatlı ailələlərə bayram sovqatı apardı

Günay Ağamalı növbəti dəfə xeyirxah addımla gündəmə gəlib. Sosialxəbər.az xəbər verir ki, …