Əsas Səhifə Dünya Pan Gi Muna qarşı 200 min dollarlıq rüşvət qalmaqalı

Pan Gi Muna qarşı 200 min dollarlıq rüşvət qalmaqalı

2 dəqiqə oxundu
0
0
34

 

BMT-nin baş katibi vəzifəsindən getməyə hazırlaşan Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir. “SBS News” məlumat yayıb.

Koreyanın “Sisa Journal” nəşrinin jurnalistlərinin məlumatına görə, Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı 200 min dollar alıb.

Həmin vaxt Koreyanın xarici işlər və xarici ticarət naziri vəzifəsində çalışmış Pan Gi Mun Vyetnamdan gəlmiş nümayəndə heyətini qəbul edib. Onların arasında nüfuzlu biznesmen, “Taekwang” şirkətinin rəhbəri Pak En Ça da olub. Məlumata görə, biznesmen 200 min dollar məbləğində rüşvəti Pan Gi Muna vermək məqsədi ilə nümayəndə heyətindən bir saat tez Xarici İşlər Nazirliyinin iqamətgahına gəlib.

BMT-nin baş katibi isə bu barədə ittihamları qəti şəkildə rədd edib. O, bildirib ki, Pak En Çanı tanımır. “Tədbirdən əvvəl də, sonra da, onunla tanışlığım olmayıb” – deyə Pan Gi Mun bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…