Əsas Səhifə Cəmiyyət Pandemiya bunu sıradan çıxarır: diqqətli olaq

Pandemiya bunu sıradan çıxarır: diqqətli olaq

4 dəqiqə oxundu
0
0
361

Pandemiya ölkəmizdə bayram adət-ənənələrinin yavaş-yavaş sıradan çıxmasına səbəb ola bilər.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a karantin qaydalarının bayramlara təsiri barədə danışan sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, bayram adət-ənənələrinin unudulmaması üçün indiki dövrə uyğun olaraq yeni qaydalar düşünülməli və tətbiq edilməlidir:

“Biz indiki şəraitə uyğun olaraq bayramların keçirilməsinə çalışmalıyıq. Müəyyən yeni formalar tapılmaqla bayramlarımız təntənəli şəkildə keçirilməlidir. Hökm deyil ki, ənənəni olduğu kimi davam etdirək. Çünki indi Qurban bayramını əvvəlki formada qeyd etmək düzgün olmaz. Əvvəllər ayrılmış ərazidə və yerlərdə heyvanı kəsib içalatını, dərisini və digər kəsilmiş hissələrini bir tərəfə atırdılar və qorxunc mənzərə yaranırdı. Pandemiya şəraitində heyvanın bu cür kəsilməsi xəstəlik riskini artıra bilər. Bu səbəbdən yeni şəraitə uyğun formalar olmalıdır. Məsələn, biz fikirləşdik ki, Qurban bayramı günü imkansızlara yardım məqsədilə hər kəs öz kəndində mağazaya borcu olan insanların borcunun silinməsinə kömək etsin. Bundan başqa, adət-ənənələrin unudulmaması üçün yeni formalar və qaydalar düşünülməlidir. Əks halda bayram adət-ənənələri unudula bilər. Bu isə yaxşı hadisə deyil. İnsanların doğmalaşmasında, yaxınlaşmasında bayramların xüsusi rolu var. Bayramlar olmasa, insanların mənəvi psixoloji itkiləri ola bilər. Bunun baş verməməsi üçün bu istiqamətdə ciddi şəkildə düşünmək lazımdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…