Əsas Səhifə QHT - lər “Pandemiya dövründə əhalinin həssas və aztəminatlı qrupları ilə işin təşkili” layihəsi yekunlaşdı

“Pandemiya dövründə əhalinin həssas və aztəminatlı qrupları ilə işin təşkili” layihəsi yekunlaşdı

5 dəqiqə oxundu
0
0
82

2020-ci il insanlıq tarixinin ən sınaqlı dövrü oldu. Dünya gözəgörünməz virusla üz-üzə qaldı. Vətənimiz Azərbaycan da COVİD-19-un əsirinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən təcili tədbirlər görülməsi üçün bir sıra sərəncamlar imzaladı. Xüsusi tapşırıqlar verdi. Cənab Prezidentin ilk günlərdən xalqa müraciətinin nəticəsində hər kəs xüsusi ilə həsas və aztəminatlı ailələrə yardımda səfərbər oldu. Cəmiyyətin bütün diqqəti həssas qruplara və ailələrinə yönəldi.

Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin sədri Azay Quliyev və Katiblik dəfələrlə onlayn konfranslar keçirərək QHT rəhbərləri qarşısında ölkə rəhbərliyinin tapşırıq və göstərişini fəaliyyət planı kimi qəbul etməyi tapşırdı. Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi “Pandemiya dövründə əhalinin həssas və aztəminatlı qrupları ilə işin təşkili” layihəsini icra etdi. Layihə 2 ay, Bakı və Sumqayıt şəhərlərində həyata keçirildi.

Layihə vasitəsilə əhalinin həssas və aztəminatlı qrupları 65 ailəyə ərzaq yardımları göstərildi. Layihəmizin adından göründüyü kimi həssas qruplar dedikdə şəhid ailələri, müharibə veteranları, əlillər və aztəminatlı ailələr nəzərdə tutulurlar. Daha 3 ailəyə, Xocalıda valideynlərini itirmiş 25 uşaqdan 3-nə indi böyüyən insanlara daxili imkanlarımız hesabına yardım etdik. Açığını deyək qeyd etdiyimiz həsas qrupları seçmək də heç də asan deyildi. Biz onların sırasında ən çox ehtiyacı və qayğıya möhtac olan vətəndaşlarımızı seçdik. 68 ailəyə dəstək olduq və onların minnətdarlığını da dinləmək xoş idi. Sözsüz ki, yardımlar bütün gigiyenik qaydalara əməl etməklə həyata keçirildi. Bu gün sərt karantindən yumşalmaya keçiriksə hər kəs öz sosial məsuliyyətini dərk edərək qaydalara əməl etməlidir. Bağlamalarda layihə barədə məlumatla yanaşı həm də bu tövsiyyələrə əməl etmək xahişi vardı.“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi artıq layihəni tamamlayıb. Özümüzü çox xoşbəxt hiss edirik ki, insanlara az da olsa kömək ola bildik.
Cənab Prezidentin dediyi kimi BİZ BİRLİKDƏ GÜCLÜYÜK !

“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri layihə rəhbəri Şəbnəm Rəfaelqızı

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…