Əsas Səhifə Milli məclis Parlamentin deputatları koronavirusla bağlı yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olsun

Parlamentin deputatları koronavirusla bağlı yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olsun

2 dəqiqə oxundu
0
0
84

Parlamentin deputatları koronavirusla bağlı yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olsun.

Sosialxəbər.az xəbər verir ki, bu təklifi İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin plenar iclasında səsləndirib.

Deputat əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliklər koronavirusla bağlı mübarizəyə daha geniş imkanlar yaradacaq.

Zahid Oruc xatırladıb ki, qanunvericiliyə dəyişikliklər insan haqlarının pozulması deyil, əhalinin qorunmasına xidmət edir.

O, İtaliyadan, İsraildən və digər ölkələrdən konkret misallar çəkərək bildirib ki, qadağaları pozanlara qarşı cərimələr nəzərdə tutulur.

Xatırladaq ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklikləri müzakirə edəcək. Bu dəyişikliklər koronavirusla bağlı mübarizənin gücləndirilməsini nəzərdə tutur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…