Əsas Səhifə Siyasət “Pensiya və maaşlar ən azı iki dəfə artırılmalıdır” – təklif

“Pensiya və maaşlar ən azı iki dəfə artırılmalıdır” – təklif

4 dəqiqə oxundu
0
0
37

“İndiki böhran vəziyyətində pensiyalar və əməkhaqqılar ən azı iki dəfə artırılmalıdır”. Bunu deputat Qüdrət Həsənquliyev parlament komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Mən builki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb”, – deyə, o, əlavə edib.

Deputat bildirib ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi həmkarları daim Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb: “Amma bizə deyirdilər ki, hər şey əladır, gözəldir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Pribaltika ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”.

Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: “Pensiyalar və əməkhaqqılar ən azı iki dəfə artırmaq lazımdır. Ön xəttəki hərbçilərin maaşını da artırmalıyıq”.

O bildirib ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: “Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”.

Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: “Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin edilməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…