Əsas Səhifə Slide-az Peşə təhsili üçün qeydiyyat bu tarixdən başlayır

Peşə təhsili üçün qeydiyyat bu tarixdən başlayır

4 dəqiqə oxundu
0
0
169

10 avqust tarixindən etibarən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu başlanılır.

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

Sosialxəbər.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçə bilərlər:

“Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğunu yoxlandıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır”.

Pərviz Yusifov bildirib ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır:

“Müraciətlər barədə məlumat şəxsi kabinetin bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın verilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar”.

O qeyd edib ki, pandemiya dövrünü nəzərə alaraq, peşə təhsili müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək:

“Eyni zamanda müxtəlif ixtisasların onlayn tədrisi üzərində işlər aparılır. Aidiyyəti qərar qəbul olunduqdan sonra bu barədə məlumat veriləcəkdir. Artıq bir sıra ixtisaslar üzrə onlayn dərslər hazırlanıb və yeni tədris ilində istifadəyə veriləcəkdir”.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…