Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Xaqani Səfərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə yüksək sürətli hərəkət zolağında olarkən yola anidən təxminən, 50-55 yaşlı kişi çıxıb.

Sürücü piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi avtomobilin altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı üzrə araşdırma aparılır.