Əsas Səhifə Siyasət PKK-erməni ilişkisi…

PKK-erməni ilişkisi…

7 dəqiqə oxundu
0
0
32

Türkiyəyə 30 ildir bəla olan PKK terror örgütündə cəmi 10 faiz müsəlman var. Tanınmış tarixçi Yusuf Halaçoğlu bu qənatdədir. Tarixçinin araşdırmasına görə, əli 35 min nəfərin qanına bulaşan PKK lideri Abdulla Öcalan, yəni Artin Agopyan (APO) ermənidir.

Y.Halaçoğlu modern.az-a müsahibəsində deyib ki, PKK-nın “Parmaksız Zeki” kod adlı militanı Şemdin Sakık da ermənidir. O, nənəsinin erməni olduğunu açıqlayıb.

“Bölücü kürd partiyasından deputat Sırrı Sakık da ermənidir. Eyni zamanda, partiyanın həmsədri Əminə Ayna, təmiz ermənidir. PKK-nın bir qolu olan, hazırda adı çox duyulmayan “sürgündə Kürdüstan hökuməti”nin başında duran, 1959-cu il Silvan doğumlu Semra Bakır da ermənidir. Semranın qardaşı Orhan Bakırın əsl adı Armenakdır. O. erməni terror təşkilatı TİKKO-nun üzvü olub. Təşkilatın mərkəz komitəsinə qədər yüksələn Orhan Bakır, polislə qarşıdurmada öldürülüb. Məhşur “Zazan Bertin” kod adlı 1980-ci il Silvan doğumlu Ruşen Tapancı ermənidir və babasının adı Ohannisdir. Terrorçu, 1970-ci il Siirt doğumlu Nihat Türksoy soyadındakı kimi heç də türksoylu deyil. Babasının adı Sarkis, nənəsinin adı Zerdodur”.

Yusuf Halaçoglunum araşdırmasına görə, “Cihan” kod adlı Akif Yadigâroğulları da ermənidir. Babasının adı Apkar, nənəsi Məryəmdir. Başqa bir terrorçu başı Sidar Şimşek DEHAP təşkilatında çalışıb. O, erməni Bedros və Luşinin nəvəsidir.

Erməni Kutbettin Akşula isə 1992-ci ildə Muş rayonunda PKK terror təşkilatına maddi dəstək göstərib, onları silahla təmin edib. Bu əməlindən həbs edilən Kutbettin saxta yararsız sənədi ilə əsgər getməyib.

Hacı İçerin hacılıklaŞ hocalıkla əlaqəsi yoxdu. Saxta sənədlə Türk ordusindan xidmıtdən qaçan Hacı HADEP (Halk Demokrasi Partisi) üzvüdü.

Yusuf Halaçoglu bildirir ki, Diyarbakır mərkəz Kayapınar Bələdiyyə başçısı Mehmet Cantekin 1995-ci il tarixli seputat seçkilərində Diyarbakır HADEP millət vəkili namizədi olub. Mehmet Cantekin Qulp Karpuzluda kənd gözətçilərini istiqamətləndirərək terror təşkilatı PKK-ya məntiqi dəstək təmin edir.

Yusuf Halaçoğlu PKK-lı terorçuların simsiz danışmalarında “1915-in intikamını alıyoruz” dediklərinə diqqət çəkib. MHP-li millət vəkili Y.Halaçoğlu hesab edir ki, onların məqsədi Türk birliyini əngəlləməkdir.

Halaçoğlu illərdir araşdırdığı PKK-erməni əlaqəsiylə ilgili faktlarında israrlıdır. O hesab edir ki, Türkiyədə kürd deyil, PKK sorunu var.

“Kürd əsilli vətəndaşlarımız PKK-nın onları da öldürdüyünü bilir. Öldürülən polis, əsgər, vətəndaş içində kürd vətandaşlarımız da var”.

Halaçoglunun sözlərinə görə, PKK ABŞ uzaqgörən siyasətinin bəhrəsidir.

“ABŞ 1970-ci ildən Sovetlər Birliyinin dağılacağını bilirdi. Birliyin dağılması isə Türk dünyasının birləşəcəyi demək idi. 1991-ci ildə Sovetlər Birliyi çökdü. Ona paralel olaraq PKK-nın Türkiyədəki fəaliyyətinə baxın. PKK ilə bağlı apardığımız mübarizəyə xərclədiyimiz gücü Türk cumhuriyətlərinə sərf etsəydik, nə olardı?.. Bir düşünün!”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…