Əsas Səhifə Cəmiyyət Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirdi

Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirdi

2 dəqiqə oxundu
0
0
327

Xüsusi karantin rejiminin qüvvədə qaldığı Göygöl və Goranboy rayonlarında polis əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda o cümlədən iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirir.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…