Əsas Səhifə Dünya Pompeo bu ərəb ölkələrinə yardıma gedir

Pompeo bu ərəb ölkələrinə yardıma gedir

5 dəqiqə oxundu
0
0
457

ABŞ yaxşı başa düşür ki, İsraili qorumaq üçün Yaxın Şərqdə uzun müddət qala bilməyəcək. Rəsmi Təl-Əviv regionda təhlükəsizliyini təmin etmək, güclənmək istəyirsə, müsəlman ölkələrilə dost münasibətləri qurmalıdır. ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə rəsmi səfərinin əsas məqsədi region dövlətləri ilə İsrailin münasibətlərini daha da yaxşılaşdırmaqdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesini şərh edərkən deyib.

O bildirib ki, Pompeo əvvəlcə İsrailə, daha sonra isə BƏƏ, Bəhreyn və Sudana getməsi təsadüf deyil:

“Çünki bir müddət öncə BƏƏ, Bəhreyn və Sudan İsraillə münasibətləri yenidən normallaşdırmaq qərarı verdiklərini açıqlamışdılar. Hətta Səudiyyə Ərəbistanı, Oman və s. ölkələrində bənzər bir açıqlama verdiyi iddia edilir. Onu da deyim ki, Yaxın Şərqin ərəb ölkələrinin İsrail ilə münasibətlərini bərpa etməsi ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planının bir hissəsidir.

İsrail dövləti müstəqilliyini elan etdiyi ildən etibarən regionun əksər müsəlman ölkələri tərəfindən yad olaraq görülür, qəbul edilmirdi. Bu mənada rəsmi Təl-Əviv hər zaman potensial təhlükə altında idi. ABŞ-ın “Əsrin müqaviləsi” adlandırdığı plan mahiyyət etibarilə region ölkələri ilə İsrailin münasibətlərini bərpa etməyi hədəfləyir”.

Politoloq deyib ki, Pompeonun səfər edəcəyi ölkələrlə ABŞ arasında ciddi sazişlər imzalana bilər:

“Pompeonun İsrail Baş naziri Benyamin Netanyahu ilə BƏƏ-İsrail münasibətlərini, eləcə də İran təhdidini müzakirə edəcəyi bildirilib. Bundan əlavə, Pompeo ABŞ-ın İsraildən region ölkələri ilə münasibətlərini eyni qaydada yumşaltması, çoxtərəfli əlaqələrin qurulmasını istəyə bilər.

Digər tərəfdən Pompeonun BƏƏ səfəri də maraqlı olacaq. Çünki BƏƏ ABŞ-ın son nəsil qırıcıları olan F-35-ləri almaq istəyir. Bu səfərin əsas mahiyyəti F-35-lərin satışı və artan İran təhdidi olacaq.

Pompeonun Sudana səfəri isə daha çox iqtisadi əsaslarda olacaq. Çünki Sudan kifayət qədər kasıb və dəstəyə ehtiyac olan bir ölkədir. Bu mənada İsrail ilə yaxınlaşmanın mükafatı olaraq ABŞ Sudana iqtisadi yardım ayıra bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…