Əsas Səhifə Başliqlar Prezident elan etdi

Prezident elan etdi

4 dəqiqə oxundu
0
0
310

Cənab Prezident bir daha vurğuladı ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı çox ciddi addımlar atılıb və nəticələri də sevindiricidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışındakı çıxışını şərh edərkən söyləyib.

Deputat bildirib ki, ölkədə koronavirus pandemiyasına qarşı aparılan mübarizə prosesində Azərbaycanın bəlli nailiyyətləri var:

“Bu, ilk növbədə görülmüş qabaqlayıcı tədbirlər, ardıcıl və sistemli addımlar sayəsində baş verib. Azərbaycan bu pandemiyaya qarşı mübarizədə həm regional, həm də beynəlxalq səviyyədə çox ciddi uğurlara imza atıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir”.

Deputat koronavirusla mübarizədə peyvəndin tapılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Peyvəndin tapılması və alınması çox böyük maliyyə tələb edən məsələdir. Bəzi ölkələrin peyvəndin tapılması istiqamətində ciddi uğurlara imza atdığı barədə xəbərlər gəlir. Cənab Prezidentin də vurğuladığı kimi, peyvənd tapılacağı təqdirdə Azərbaycan onu ilk alan ölkələrin sırasında olacaq. Bu da ölkə başçısının öz vətəndaşlarının sağlamlığının qorunmasına böyük önəm və əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Təbii ki, bu mövqe Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentə gün ərzində gələn minlərlə təşəkkür məktubu xalqın böyük etimadının təsdiqi kimi qiymətləndirilə bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…