Əsas Səhifə Siyasət Prezident İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Zelenskini təbrik etdi

2 dəqiqə oxundu
0
0
25

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Sosialxəbər.az xəbər verir ki, məktubun mətnini AZƏRTAC dərc edib.

“Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”, – deyə məktubda deyilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Bunu da oxu

DTX Respublika Günü ilə bağlı videokompozisiya hazırladı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən 28 May – Respublika G…