Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kifayət qədər ciddi məsələləri gündəmə gətirməsi və qaz təchizatı ilə bağlı məsələdə vətəndaşların iradlarını səsləndirməsi müsbət bir haldır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Prezidentin göstərişlərində əsas diqqətçəkən məqam islahatların alternativinin olmaması ilə bağlı səslənən fikirlərdir:

“Bu, bir çox insanın islahatlara yanaşma tərzini dəyişməyə xidmət edən bir mesaj idi. Ümid edirəm ki, bu məsələ yeni strateji kursun, həmçinin islahatlar kursunun daha da dərinləşməsinə yardım edəcək. İclasda real vəziyyət geniş müzakirə olunub və baş verən proseslərlə bağlı obyektiv tənqidi fikirlər səsləndirilib. Prezidentin şəxsən özünün bu fikirləri səsləndirməsi cəmiyyətə yaxşı mesaj idi. Hesab edirəm ki, bu, son vaxtlar tənqidi fikirlər səsləndirilən bir çox sahədə müəyyən dərəcədə dəyişikliyin olmasına gətirib çıxaracaq. Ən azından bu istiqamətdə müsbət dəyişikliklərin olacağına ümid verir”.